SİZİN REKLAM BURADA!
055 213 76 73


Talassemiya xəstəliyi olan uşaqların valideynlərindən övladlarını xaricdə müalicə etmək adı ilə külli miqdarda pul alaraq onları aldadıblar.

BAKU.WS xəbər verir ki, aldadıqlarını iddia edən valideynlərin sözlərinə görə, onlardan külli miqdarda pul alıb sonradan yoxa çıxan şəxs "My Doc Tour" MMC-nin və " Urmedhelp" MMC-nin direktoru Seyidova Nuridə Məmməd qızı və Aynur Bayramovadır.

Zərərçəkmişlər arasında hətta şəhid övladı da var.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova təsdiqləyib ki, bu cür dələduzluq faktları olur.

“Xəzər Xəbər”in əməkdaşı məsələdə adı hallanan türkiyəli hematoloq Prof. Dr. Mehmet Akif Yeşilipeklə də telefon əlaqəsi saxlayıb. Türkiyəli doktor Aynur adında bir işçisinin olmadığını bildirib.

Aynur Bayramova ilə əlaqə saxlamaq cəhdi isə alınmayıb.

Valideynlərin Daxili İşlər Nazirliyinə müraciətindən sonra dələduzluqda ittiham edilənlərdən biri Nuridə Seyidova məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilib.

BAKU.WS
VİDEO