SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yeni təfərrüat bəlli olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən oxu.az-a bildirilib ki, ailə üzvləri iddiaları təkzib edərək ailənin digər övladının sənədini təqdim etməklə dövlət orqanlarına yanlış məlumat veriblər.

“Hazırda araşdırma davam etdirilir”, - açıqlamada qeyd olunur.

***12:16

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

*** 11:21

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq.

BAKU.WS
QALEREYA