SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi prospektlərinin birində aparılan təmir işləri ilə bağlı sürücülərə müraciət edib.

DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.

"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.

BAKU.WS