SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazaxıstanda Seks və Demoqrafiya Nazirliyi yaradıla bilər.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Asiya Müsəlmanları Komitəsi və Qazaxıstan Müsəlman İttifaqı hökumətə müraciət edib. 

Təklifin müəllifləri hesab edir ki, yeni idarə ölkədə doğum sayının artımına və seksual zorakılığın səviyyəsinin azalmasına səbəb olacaq. Bundan başqa, Seks və Demoqrafiya Nazirliyi "ictimaiyətin cinsi istəklərinin idarə etmə metodlarını" hazırlamalıdır.

"Ölkədə indiki vəziyyət təhlükəli hala gətirib çıxaracaq. Yeniyetmələr və uşaqlar seksual zorakılığa məruz qalır. Pedofiliyin artması təhlükəli miqyasa çatıb. Seksual terror təhsil müəssisələrinə və dövlət idarələrinə girib", - deyə Qazaxıstan müsəlmanlarının liderlərinin məktubunda bildirilir.

Bu məktub Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayevə ünvanlanıb.
 
Qeyd edək ki, daha əvvəl Qazaxıstanın Müsəlmanları İttifaqı seksə görə vergi tətbiq etməyi təklif edib. 
 
Nazim Babayev
BAKU.WS