SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fərdi evlərin tikintisi daha dinamik şəkildə aparılacaq. Bununla bağlı Şəhərsalma və  Tikinti Məcəlləsində dəyişiklik olacaq.

Hazırda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi üçün icra hakimiyyəti orqanlarından icazə tələb edilmir. Sadəcə müvafiq qurumlara məlumat verilməlidir.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, yəni 1 ay ərzində tikinti üçün xüsusi irad olmurdusa, vətəndaş inşaata başlaya bilərdi.

Milli Məclisdə müzakirəyə çıxarılacaq yenilik qəbul edilsə, sözügedən 1 aylıq müddət də  qısalacaq.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, təkliflər qəbul edilərsə, bu zaman sözügedən parametlərdə olan fərdi evlərin tikintisi daha güclənə bilər.
 
BAKU.WS