Bakıda Türkiyə üçün toplanan yardımlar TIR-lara yüklənərək yola salınır - FOTO/VİDEO

Azərbaycanlıların Türkiyə üçün topladığı yardımlar TIR-lara yığılır.
BAKU.WS xəbər verir ki, hazırda Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanan yardımlar könüllülərin köməyi ilə nəqliyyat vasitəsinə yüklənir. Dəstək aksiyası zamanı zəlzələdən əziyyət çəkənlər üçün adyallar, yorğanlar, isti qış geyimləri, ayaqqıblar və paltolar toplanılıb.
Xatırladaq ki, Heydər Əliyev adına İdman Konsert Kompleksindən əvvəl yardımlar Babək prospektindəki ünvana yığılaraq ordan TIR-lara yüklənib və Türkiyəyə göndərilib.
Məlumat üçün bildirək ki, Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin və yaralanların sayı dayanmadan artır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib.
Qalereya
Oxşar xəbərlər
Yardım kampaniyasının təşkilatçısından Azərbaycan xalqına ÇAĞIRIŞ - VİDEO
"TIR-ların gömrükdən fəlakət bölgəsinə getməsi uzun çəkəcək. Ötən gün 15 TIR yüklənib. Hazırda Babək prospekti tərəfdə də 4-5 TIR yüklənir. İndi buradakıları da...
