Bakı-Quba yolundakı tıxacla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Bakı-Quba yolundakı tıxacla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən AÇIQLAMA – YENİLƏNİB + VİDEO
Video
Sosial 950

Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər edib və bu gün axşam saatlarında paytaxt istiqamətində qayıtmaları səbəbindən adıçəkilən yollarda müəyyən sıxlıq müşahidə edilir.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib.

“Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”, - məlumatda qeyd edilib.

22:40

Bakı-Quba yolunda tıxac yaranıb.

Bununla bağlı Oxu.Az-a hazırda yolda olan sərnişinlərdən biri məlumat verib.

O bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan sıxlıq Yaşma qəsəbəsindən o tərəfə də davam edir.

Yolda qalan sərnişin qeyd edib ki, təxminən 3 saatdan artıqdır ki, gözləyirlər.

Tıxaca səbəb kimi yolda iriqabaritli yük avtomobillərinin çox olması ehtimal edilir.

Oxşar xəbərlər

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Azərbaycanlı milyonçu, xeyriyyəşi, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, I...

50 Sosial 00:00 25 yanvar 2022

Son xəbərlər