SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətin təyin olunması şərtləri müəyyənləşir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanunun 7-ci maddəsinə (Müavinətlərin təyin olunması şərtləri) dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət – Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq.

BAKU.WS