SİZİN REKLAM BURADA!
055 213 76 73



Sentyabrın 9-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Ceyranbatan” və Qazax magistral qaz kəmərləri sahəsinin "Köçəsgər”, "Bayramlı” və "Samux” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

BAKU.WS-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir müddətində Abşeron rayonunun Сeyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir, Samux və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BAKU.WS