Gələn ildən pensiyalar nə qədər artacaq? - DEPUTAT AÇIQLADI - VİDEO

"Pensiya məbləği tam olaraq indeksasiya olduğu üçün hər bir vətəndaş aldığı pensiyanın 14-15 faizini hesablayaraq artımı müəyyən edə bilər".
BAKU.WS xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, gələn ildən tətbiq edilən mexanizm bütün əmək pensiyası alan şəxlərə şamil ediləcək.
"2022-ci ilin ilk 7 ayında orta aylıq əməkhaqqı 14.1% artıb. Gözlənilir ki, illik artım faizi təxminən 14-15% olacaq. Nəticədə, illik 14-15 faizə uyğun olaraq pensiyalar indeksləşdiriləcək. Bununla da pensiyalarda artım müşahidə ediləcək. Əgər vətəndaş 500 manat pensiya alırsa, bu halda onun pensiyası 575 manat olacaq".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
