SİZİN REKLAM BURADA!
055 213 76 73


Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub və səfirliyin mühafizəsi gücləndirilib.

Ə.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi DİN rəhbərliyinin xüsusi diqqət mərkəzindədir.

Komandir bildirib ki, rəhbəri olduğu tabor respublikada 30 səfirliyi, üç diplomatik nümayəndəliyi və iki diplomatik iqamətgahı mühafizə edir.

BAKU.WS