Biləsuvarda Polis bölməsinin yeni binasının açılışı olub

Biləsuvarda Polis bölməsinin yeni binasının açılışı olub
Sosial 173

Biləsuvar rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu münasibətlə Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra rayonun Səmədabad kəndində yerləşən Polis bölməsinin əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasının açılışı olub.

Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə fəxri fərmanlar təqdim edilib.

Son xəbərlər