SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə daxilə olan məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir.
 
Bununla əlaqədar avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
 
BAKU.WS