SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Paytaxtda bir sıra avtobusların marşrut xətləri dəyişib.
 
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Onun sözlərinə görə, paytaxtın Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq.
 
Buna görə də, 11-12-15-20-36-44-54-62-70-94-214 nömrəli marşrut xətləri üzrə hərəkət edən sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə edilir.
 
BAKU.WS