VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"BakuBus" MMC bayramla əlaqədar iki marşrut xəttinin istiqamətində dəyişiklik edib.

Bu barədə BAKU.WS-ə "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, mart ayının 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından "BakuBus”a məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaqlar.

Belə ki, 2 saylı xətt Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xətt isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək.
 
BAKU.WS