SİZİN REKLAM BURADA!
055 213 76 73


"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask sonuncu evini satıb. 

BAKU.WS xəbər verir ki, Mars planetində məskunlaşmağı planlaşdıran milyonçu 2020-ci ilin mayında satışa çıxardığı malikanəsinə alıcı tapıb. Villa 31 milyon dollara (52 milyon 700 min AZN) satılıb. 

Daşınmaz əmlakın satışı həyata keçirilərkən alıcılar birbaşa Maskla əlaqələndirilib. Körfəzlərdən birinə panoraması və 16 min kvadrat metr sahəsi olan mülkü İlon 2017-ci ildə 23 milyon dollara (39 milyon 100 min AZN) alıb. 

Qeyd edək ki, dünyanın ən varlı adamı olan Mask iyunda tviter hesabında son evini də satışa çıxardığını elan etmişdi.

BAKU.WS