SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən bu fikri bilərəkdən ortaya atdım. Yaxşı və gözəl qadına biz həmişə borcluyuq".

BAKU.WS xəbər verir ki, bunu İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində qonaq olan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Millət vəkili əlavə edib ki, bu fikri irəli sürərkən hər şeyi gözə alıb: "Mən qadın əməyinin nə qədər dəyərli və gərəkli olduğunu cəmiyyətə çatdırmaq üçün belə bir münasibət bildirdim. Kimlərsə bunu həqiqi mənada başa düşüb. Sual verirlər ki, doğurdan, pul veriləcəkmi? Təbii ki, bu, belə deyil. Məsələ ondandır ki, biz qadınlarımızı daha çox qiymətləndirməliyik".

BAKU.WS
VİDEO