Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

14
okt
2021
11:31
101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Dəyişikliyə səbəb Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmiryolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərməməsidir.
Bu gündən marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.
Oxşar xəbərlər
Azərbaycanda sərhəd-buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı təsdiqlənib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikası...
