SİZİN REKLAM BURADA!
055 213 76 73


“YAŞAT” Fondu tələbə adını qazanmış şəhid ailəsi üzvləri və qazilər üçün pul mükafatı təsis edib.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib.

Birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.

BAKU.WS
QALEREYA