SİZİN REKLAM BURADA!
055 213 76 73


27 sentyabr - Anım günü münasibətilə Füzuli rayonunda silsilə tədbirlər keçirilir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Anım günü ilə əlaqədar rayonda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil olunub. İcra hakimiyyətinin məsul işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar və şəhid ailələri Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Həmçinin şəhər rəhbərliyi şəhidlərin ailə üzvləri ilə görüşərək, onların problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

BAKU.WS
QALEREYA