SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırılmasına hazırlıq başlayıb. 

BAKU.WS xəbər verir ki, görkəmli xadimin heykəli sabahdan etibarən təyin olunan yerdə "İçərişəhər" metrostansiyası ilə üzbəüz parkda ucaldılacaq. Hazırda sözügedən ərazidə abadlıq işləri gedir.

Bürünc və qranitdən hazırlanan heykəl 2,3 metr, pyedestalı ilə birgə 2,5 metrdir. Qranit potstament 1,50-1,70 arasındadır.

Yaxın günlərdə Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış mərasimi keçiriləcək. Mərasimdə bir çox ictimai xadimlər, o cümlədən rəsmi şəxslərin iştirakı gözlənilir.

Heykəl Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında ərsəyə gətirilib. X.Əhmədov Azərbaycan Prezidentinin sərəncamı ilə 2006-cı ildə "Xalq rəssamı" fəxri adına layiq görülüb. Onun əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, Tağıyevin heykəlinin açılış mərasimi pandemiya səbəbi ilə təxirə salınmışdı.

BAKU.WS
QALEREYA