ADY-də yüksək vəzifəyə təyinat
03
apr
2026
14:48
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də yeni təyinat olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yusif Qəmərli ADY-nin Risklərin idarə edilməsi və daxili nəzarət departamentinə müdir təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Ab...