SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi - Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKU.WS