SİZİN REKLAM BURADA!
055 213 76 73


Vatsap messenceri video bölməsində yeni funksiyanı sınaqdan keçirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” bildirib.

Portalın məlumatına görə, videoçarxların redaktəsi zamanı xüsusi nişan əks olunacaq. İstifadəçi ondan istifadə etməklə hər hansı videoçarxı kəsilmiş səslə göndərə biləcək.

Funksiya hələ 2.21.3.13 beta versiyasında mövcuddur və sınaq mərhələsindədir. Portal eyni zamanda yeniləmə zamanı messencerə başqa stiker dəsti əlavə edəcəyini, eyni zamanda qrup söhbətində ad çəkmə funksiyasını da təkmilləşdirəcəyini qeyd edib.

BAKU.WS