Useyn Boltla yatağa girən qadın narkobaronun arvadı imiş - FOTO
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Olimpiya oyunlarının qəhrəmanı, yamaykalı sprinter Useyn Boltla yatağa girmiş braziliyalı qadın həmin gecədən danışıb.
Milli.Az bildirir ki, Rio-de-Janeyro sakini, 20 yaşlı Ceyd Duarte Daily Mail-ə verdiyi açıqlamasında deyib: "Çox utanıram. Bu qədər tanınacağımı, məşhurlaşacağımı ağlıma da gətirməzdim. Boltla aramızdakı eşq gecəsinə gəldikdə isə, bu, normaldır".
Duartenin sözlərinə görə, əvvəlcə Boltu tanımayıb: "Rionun qərbindəki gecə barlarından birində, məşhur "Cirque le Soir"da dostlarımla partidə idi. Bu zaman mənə biri yaxınlaşdı və əylənməyi təklif etdi. Orada çoxlu yamaykalı vardı, hamısı da bir-birinə bənzəyirdilər. Sonra Boltu tanıdım".
Boltla birlikdə Olimpiya kəndinə yollanan Duarte orada səhərədək qalıb.
"Otaqda iki kiçik çarpayı vardı. Uzananda ayaqlarımız yerə sallanırdı. Səhər evə gedəndə isə Bolt mənə yolpulu kimi 200 avro verdi. Bolt mənə telefon nömrəsini vermədi, amma dedi ki, sentyabrın 7-də başlayacaq Paralimpiadada görüşəcəyik", - Duarte deyib.
Ceyd Duarte iki övlad anası olduğunu, Rioda övladlarını təkbaşına böyütdüyünü deyib.
Lakin bu gün bəlli olub ki, özünü "adi və sadə qadın" kimi qələmə verən Ceyd Duarte Rio-de-Janeyronun məşhur narkobaronu Duqlas Donato Pereyranın dul arvadıdır.
Rionun şimalındakı narkoticarətə nəzarət edən Pereyra 10 qətlə görə polis tərəfindən axtarışda idi. Pereyranın güllələdiyi şəxslər arasında iki yeniyetmə də var.
O, bu ilin martında polislə atışmada həlak olub.
Ərinin ölümündən sonra Duarte onunla birgə fotosunu Facebook-da paylaşaraq yazıb: "Sən Tanrının yanındasan və ümid edirəm ki, əbədiyyətdə görüşəcəyik".
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən sürətli adamı sevgilisinə xəyanət etdi (FOTO)
Rio Olimpiadasında çıxış edərək qızıl medal qazanan Usein Boltun bir qadınla yataqda şəkilləri ortaya çıxıb. BAKU.WS-in məlumatına görə, İngiltərənin "Daily Ma...