Toya 3 həftə qalmış nişan qaytaran Elnar və Ayselin TOY dəvətnaməsi yayıldı - FOTO,VİDEO

Toya 3 həftə qalmış nişan qaytaran Elnar və Ayselin TOY dəvətnaməsi yayıldı - FOTO,VİDEO
Video
Şou-biznes 5303
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Elnar Xəlilov və nişanlısı, şairə Aysel Nəcəfli toylarına 2-3 həftə qalmış ayrılmışdı. Onlar bu haqda sosial şəbəkədə paylaşım edərək, bir-birilərini tənqid etmişdilər. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, cütlük barışıb. Belə ki, onlar artıq 8 mart tarixində baş tutacaq toyları üçün dəvətnamələri də paylamağa başlayıblar.
Qeyd edək ki, onların hansı səbəblə ayrıldığı bilinməsə də, Aysel Nəcəfli yazdığı statuslarda Elnarla əsla barışmayacağını, bu dəftərin onun üçün qapandığını vurğulamışdı. Bildirirdi ki, nişanlısı onun sosial şəbəkələrdə söyülməsinə rəvac yaradıb."Üstümə “sevirəm”lərlə gəlmə, ömürlük bu kitabı bağladım” deyə, Aysel sosial media hesabında yazmışdı.Onu da bildirək ki, cütlüyün ümumiyyətlə küsmədiyi, bunu şou üçün etdikləri də iddia olunub. Belə ki, Elnarın Ayselə evlilik təklifi də şoulaşdırılaraq, sosial şəbəkədə səs-küy yaratmışdı.Ayrılıq xəbərini sosial mediada aləmə carc çəkən cütlük, nədənsə, barışdıqlarını gizli saxlayıblar.BAKU.WS

Son xəbərlər