Tanınmış aparıcı: "Televiziyadan aldığım maaş 6 saatlıq toyun üçdə biridir"
Aparıcı Könül Muxtarova etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Mədəni Şou" verilişinə qonaq olan aparıcı toylarda televiziyalardan daha çox qonorar aldığını bildirib.
O veriliş zamanı "Televiziyadan aldığım maaş 6 saatlıq toyun üçdə biridir" deyə qeyd edib.
Könül özünü "Top 5" aparıcılar siyahısında gördüyünü və müəyyən şərtlər daxilində toylarda aparıcılıq etdiyini də vurğulayıb:
"Mən etiraf edim, bunu gizlətmirəm də... Bəlli müəyyən tələblərim var. Bu tələblər isə "Top 5"də olan aparıcılara aiddir. Burada şadlıq sarayı seçimi önəmlidir. Mən bunu zəng edən bütün toy sahiblərinə də deyirəm. Elə şadlıq sarayları var ki, çox qonorar versələr də, mən o səhnədə aparıcılıq etmirəm. Həmin gün evdə oturaram, amma o səhnəyə çıxmaram".
Ətraflı videoda
Oxşar xəbərlər
Rol aldıqları "Bunker" 16 dəqiqə 30 saniyə alqışlandı
Fransalı rejissor Florian Zellerin yeni psixoloji trilleri "Bunker" Venesiya Film Festivalında böyük səs-küyə səbəb olub. BAKU.WS "NTV"yə istinadən xəbər verir...