Sərxan Kərəmoğlu xəsətəxanalıq oldu - FOTO

Sərxan Kərəmoğlu xəsətəxanalıq oldu - FOTO
Şou-biznes 13360
Tanınmış aktyor və aparıcı Sərxan Kərəmoğlunun səhhətində problem yaranıb.BAKU.WS xəbər verir ki, müğənni Mətanət Əsədova ilə məlum qalmaqalından sonra bir dəfə halı pisləşən Sərxan xəstəxanaya yerləşdirilib.Həkimlər ona aparıcısı olduğu "Xoş gəldin" verilişinin efirinə çıxmağa icazə verməyiblər.S.Kərəmoğlu uzun müddətdir panik-atak xəstəliyindən əziyyət çəkdiyini deyib:"Allah hər kəsə sağlam ömür versin. Efirə çıxa bilmədim. Həkimlər icazə vermədi. İnşallah, ümid edirəm ki, hər şey gözəl olacaq. Sizi sevirəm əzizlərim. Heç kim narahat olmasın və gəlməyə də ehtiyac yoxdur. Sizin varlığınız mənə bəsdir. Kim bunu şou kimi qəbul edir, özü bilər. Allah böyükdür. Mən 4 ildir əziyyət çəkirəm və may ayından ara-sıra panik-atak oluram. Son günlərdə isə nəfəs alma problemim başlayıb, boğuluram. Çox narahat olanlara deyirəm, imkan verin, sağalım".Xatırladaq ki, Sərxan Kərəmoğlu müğənni Mətanət Əsədovanın içki məclisindən yayılmış videosuna münasibət bildirərkən onu tənqid etmişdi. Əsədova Tolikin "Hər şey daxil" verilişində Sərxanın "Azərbaycan qadını adına ləkəsən" sözlərinə belə cavab verib: "Burdan sənə deyirəm. Kişi adına xələl gətirən. Mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadını adına ləkə gətirmişəm. Gəl çıx çölə. Səni aparacam həkimə, mən qadın kimi özümü sübut edəcəm, amma sən kişi kimi sübut edə bilməyəcəksən özünü". Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər