Sevinc və Sevil bacılarının biznesi batdı

07
fev
2019
22:40
Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının iki il əvvəl açdıqları ayaqqabı mağazası bağlanır. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu haqda əkizlər özləri xəbər yayıb. Onlar mağazada olan bütün əşyaların ucuz qiymətə satıldığını, məkanın bağlandığını bildiriblər. Qeyd edək ki, Sevil və Sevincin ötən il açdığı gözəllik salonu da fəaliyyətini dayandırıb. Belə ki, bacıların bir nəfərlə şərik işlətdiyi məkandakı bütün özlərinə aid olan əşyaları oradan daşıdıqları və işbirliyinə son qoyduqları bildirilib.Xatırladaq ki, Sevil və Sevinc bir neçə gün əvvəl prodüserləri Mahodan ayrılma xəbəri ilə gündəmə gəlmişdi.BAKU.WS

Oxşar xəbərlər
Sevil-Sevinc bacıları ilə Baskovun vur-çatlasını - VİDEO
Rusiyanın xalq artisti Nikolay Baskov azərbaycanlı müğənnilər Sevil-Sevinc Səfərova bacılarının ifasının sədaları altında rəqs edib. BAKU.WS xəbər verir ki, əki...