Niyam Salami: "14 il kirayə yaşadım, 3 bacımı gəlin köçürdüm"
Müğənni Niyam Salami etirafları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Etiraf" verilişinə qonaq olan ifaçı 14 il kirayə qaldığını bildirib.
Səlami həmin vaxtlar yaşadığı ağır günlərdən danışıb:
"14 il kirayə yaşadığım dövrdə 3 bacımı gəlin köçürdüm. Papanində (Cəlil Məmmədquluzadə küçəsi) kirayə yaşayırdım. Orada hər adam qala bilməz. Sənin həddin var, qırmızı pencək geyin çölə çıx... Amma sanki insanların beynində mənə qarşı olan o hisslər bağlanmışdı. Pulum da ancaq taksiyə gedirdi. Ortada mənə bir şey qalmırdı. Taksi ilə getməyə məcbur idim. Çünki paltarlarımı avtobusla aparmaq istəmirdim. Dizaynerliklə də məşğul idim. Aşpazlıq da etmişəm".
Oxşar xəbərlər
Röya Ayxan qardaşı İsmayılla "Nankor"u təqdim etdi
Xalq artisti Röya Ayxan qardaşı İsmayıl Zadə ilə birlikdə "Nankor" adlı yeni duetini təqdim edib. BAKU.WS xəbər verir ki, mahnı artıq yayımlanıb və ilk dəqiqələ...