Mətanət Əsədova göz yaşları ilə yalvardı: Bir də onun şəkillərini efirlərdə verməyin, havalanıram - VİDEO

Mətanət Əsədova göz yaşları ilə yalvardı: Bir də onun şəkillərini efirlərdə verməyin, havalanıram - VİDEO
Video
Şou-biznes 14481
Müğənni Mətanət Əsədova göz yaşları ilə media işçilərinə müraciət edib. BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "Hər şey daxil" verilişinin qonağı olan sənətçi özü haqqında hazırlanan reportajda mərhum bacısının şəklini görərkən əhvalı dəyişib.O, üzünü kameraya tutaraq bu sözləri deyib: "Bütün telekanallardan xahiş edirəm, mənim ürəyimdə bir köz var, onu qopartmayın. Bacımın şəkillərini efirdə verməyin, göstərməyin. Mənim içim yanır. Onun heç nəyini mən evdə saxlamıram..."Əsədova ağlayaraq mərhum bacısına da səslənib: "Ay köpək qızı, sən gedəndən hamı məni təklədi. Ay mənim vuran qolum... Mənim bir sözüm, söhbətim olanda, oradan qardaşım gələnədək, burada mənə qardaşım əvəzi dünyasını dəyişən bacım vardı. O, əzrayıl idi, əjdaha idi. Ay köpək qızı, getdin, mən belə qaldım... Anam öləndə yandım, onun ölümü közümü kül etdi. Mən deyirəm, gülürəm, oxuyuram, bu mənim işimdir. Bir də onun şəkillərini efirlərdə verməyin, havalanıram. Nolar, bacımın şəkilini verməyin"! Xatırladaq ki, Mətanət Əsədovanın narkotik üstündə həbs edilən bacısı Nurlana Nəsir qızı Əsədova (1978-ci il təvəllüdlü) 2013-cü ilin noyabr ayında saxlanıldlığı Bakı İstintaq təcridxanasında saxlanıldığı kamerada mələfədən kəndir kimi istifadə edərək intihar edib. Müğənni Mətanət Əsədova bacısının intihar səbəbini belə açıqlamışdı: "Bacımın ölüm səbəbi qarşılıqsız sevgi idi. Dayım oğlunu çox sevirdi. Evli idilər. Ancaq həmin oğlan demişdi ki, mən səndən qisasımı alacağam. Çünki bizim ailə ilə düşmən idi. Heyfini də belə çıxdı. 110 kiloluq cəngavər bir qız idi. Qarşılıqsız sevgi onu belə vəziyyətə saldı. Çünki o, oğlan bunun tayı deyildi. O, heç bilmir sevgi nədir, qayğı nədir... Nə qədər məsləhət gördük qulaq asmadı. O oğlanın fikri o idi ki, ay Mətanət oxuyacaq və bizim nəslimizi dolandıracaq, elə bizi yemləyəcək".Mətanət Əsədova bacısının sadəcə, qurban getdiyini açıqlayıb: "Qardaşımın boynuna şər atıb, onu tutdurdular. Dedilər ki, guya mənim qardaşım dayım arvadını öldürüb. Uşağı həbs etdilər. Mən gedib, çıxardım. Dayımoğlu da söz verdi ki, onun anasının yanına bizim ailədən kimsə gedəcək və sözünü tutdu da... Sadəcə, mənim bacım onun güdazına getdi. Dərman vermişdi ona... Narkotikə aludəçi etmişdi...".Zülfiyyə Qurbanova BAKU.WS

Son xəbərlər