Manaf Ağayevdən ETİRAF: "Bakı toylarına qorxa-qorxa gedirəm"

"Qazax-Ağstafa-Şəmkir bölgəsinin tamam başqa musiqisi var. O bölgə aşıq bölgəsidir. Şirvan bölgəsi tamam başqa musiqiyə malikdir. Qarabağ bölgəsinin də tamam fərqli musiqisi var. Saatlı-Sabirabadda isə mahnı və oynamaqdır... Orada muğama qulaq asmaq yoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev deyib.
"Gün ortası" verilişinə qonaq olan ifaçı Bakı toylarında oxumağın çətin olduğunu vurğulayıb.
Sənətçi etiraf edib ki, həmin toylara qorxa-qorxa gedir:
"Bu gün mənə Bakı kəndlərdindən toy sifarişləri gəlir, deyirəm ki, o toyda oxumaq mənlik deyil. Orada qəzəli səhv oxuyanda davam edə bilmirsən. Musiqini elə bilirlər ki, Qarabağda belə elə bilmirlər. Mən ora qorx-qorxa gedirəm ki, neyniyəcəm?".
Ətraflı videoda:
Oxşar xəbərlər
Hande Erçelin serialı gözlənilən reytinqi vermədi
Məşhur aktrisa Hande Erçellə Barış Arduçun baş rollarını canlandırdığı serial uğursuluğa düçar olub. BAKU.WS xəbər verir ki, "Aşk ve gözyaşı" serialı reytinqlər...
