Əli Mirəliyev: "Yoldaşımı öpürəm, qucaqlayıram, amma tək yatmaq istəyirəm" (VİDEO)

Əli Mirəliyev: Yoldaşımı öpürəm, qucaqlayıram, amma tək yatmaq istəyirəm (VİDEO)
Video
Şou-biznes 1755

ARB TV-də yayımlanan Evgördü verilişi müğənni Əli Mirəliyevin evində çəkiliş aparıb.

BAKU.WS xəbər verir ki, müğənni maraqlı açıqlamaları ilə yadda qalıb. Rep musiqisini və repçiləri, müğənniləringeyimlərini tənqid edən müğənni səhnə geyimlərini göstərib.

Bundan başqa Əli Mirəliyev yalnız qalmağı çox sevdiyini bildirib. "Həyat yoldaşımı öpürəm, qucaqlayıram, amma tək yatmaq istəyirəm",-deyə müğənni əlavə edib.

Sevilən ifaçı dəbdəbəli həyat yaşamağı sevmədiyini bildirib:

"Sadə vətəndaş kimi yaşayıram. Dəbdəbə çox yaxşı şey deyil. Ona öyrəşən sonra elə guppultu ilə yerə dəyir ki. Mən keçmişəm bu mərhələlərdən. O cür insanları çox görmüşəm. Özündənrazılıq qətiyyən olmaz. Bizim bəzi musiqiçilər öz villalarını, geydirmə ağacları və s göstərirlər. Sonradan bilirsən ki, bunlar bankın evləridir. Amma bu mənim öz dədə-baba evimdir".

Əli Mirəliyev daha sonra İlhamə Quliyeva ilə qohumluğundan söz açıb: 

"Qayınanam həm mənə qayınana, həm qayınata, həm də ata və ana olub. Kasıb uşaq idim. Dəstək olub mənə. İlhamə Quliyevanın dayısının yoldaşıdır. Nəvəmə də qayınanamın adını qoymuşam. Anamın yox, qayınanamın".

Müğənni heç kimə borclu olmadığını söyləyib:

"Mən göz qabağındayam. Olanım budur. Mənim heç kimə borcum yoxdur. Ehtiyacım olanda quru çörək yeyirəm. Şərt deyil ki, ikra falan yeyim. Çalışmışam ki, yaxşı da oxuyum. İndiki gənclər o kanaldan bu kanala qaçır. A kişi, oxumaqdan danışın e. Sən yaxşı oxu, xalq qiymət versin. Üzeyir Hacıbəyovun şəkilin göstərirlər tanımır heç biri. Musiqimiz onunla başlayıb, amma bunlar onu tanımır".

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər