Günün ulduz falı - 6 oktyabr 2018

06
okt
2018
00:01
BAKU.WS günün qoroskopunu təqdim edir:Qoç - Biznes həmkarlarınızın təkliflərini diqqətsiz qoymayın. Təfəkkürünüz və ağlınız sizə düzgün seçim etməkdə kömək edəcək. Ən böyük arzularınızdan biri həyata keçə bilər. Buğa - Şəxsi münasibətlərin inkişafı üçün yaxşı fürsətdir. Bu gün siz şəxsi həyatınızla bağlı bəzi problemləri həll edə bilərsiniz. İstənilən hadisədə sakitliyinizi qoruyun. Əkizlər - Gözlənilməz hadisələrlə rastlaşa bilərsiniz. Bədxahların məkrli niyyətlərinin qarşısını alın. Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yeniləri və daha faydalıları seçin.Xərçəng - Səhhətinizdə problemlə yarana bilər. Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Bununla belə, ehtiyatlı olun, şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin.Şir - Ailənizlə daha çox vaxt keçirin. Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız. Qız - Günün uğurlu olması sizin əlinizdədir. Başqalarının köməyinə ümid olmayın. Şəxsi həyatınızda hər şey qaydasında olacaq. Tərəzi - Köhnə dostlarınızla görüş gözlənilir. Qohumlarınızla münasibətləriniz yaxşılığa doğru gedəcək. Günün ikinci yarısında səhhətinizə fikir verin, idmanla məşğul olun. Əqrəb - Bütün işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Heç kimin xahişini geri çevirməyin. Şəxsi münasibətləri, xüsusilə də uzunmüddətli əlaqələri bir daha dəyərləndirməli olacaqsız. Oxatan - Hadisələrin gedişatına mane olmayın. Uzaq qohumlarınızdan və ya dostlarınızdan xəbər alacaqsınız.Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın. Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq. Oğlaq - Yaradıcı insanlar üçün əlverişli gündür. Bu gün istənilən insanlarla tanışlıq xoş nəticəsini verəcək. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın.Dolça - Gün yeniliklər və dəyişikliklər vəd edir. Bitirilməsi mümkün işi başa vurun. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Balıqlar - Əlverişli gündür. İşgüzar məsələləri həll etmək olar. Görüş və müzakirələrdə təmkinli olun. İşləri qaydaya salın, konkret nəticəyə nail olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər. BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 29 avqustda bürclər nə vəd edir?
BAKU.WS günün qoroskopunu təqdim edir:Qoç - Mühüm görüş olacaq. İşlərinizdə müsbət irəliləyişlər baş verə bilər. Təkliflərə, xəbərlərə tez reaksiya verin. Diqqə...
