Elşən Orucov: "Ben bu cihana sığmazam"a belə çəkilib

Elşən Orucov: Ben bu cihana sığmazama belə çəkilib
Açıqlama Video
Şou-biznes 197

Aktyor Elşən Orucov Türkiyədə yer aldığı layihələrdən danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə aktyor ARB telekanalında yayımlanan "Pərvizə görə" layihəsində açıqlama verib.

Elşən "Ben bu cihana sığmazam" serialında rol alma hekayəsindən söz açıb:

"Ozanla münasibətimiz çox yaxındır. Hər dəfə deyirdi ki, istəyirəm, Türkiyədə yanımda olasan, çünki başa düşürəm ki, sizin bazar balacadır. Bir dəfə mən başqa işlə bağlı İstanbuldaydım. Ozan dedi ki, bizim filmin yeməyi var, gəl, səni Oktay Kaynarcayla tanış edim. Sən demə, ondan əvvəl çəkilişdə hamı bizim Ozanla Qarabağda çəkdiyimiz "Nə oldu, Paşinyan?" videosuna baxıb. Setə girdim ki, hamı məni tanıyır.

Elə bildim, efirdə görüblər, sən demə, videomuzu izləyiblər, sonra da Ozanla verilişimizə baxıblar. Çox isti qarşıladılar. Ozan Mardində yeni seriala çəkilir. Yazmışdı ki, hazırlaş, ola bilər, sənə dedim, gəl. Mən də söylədim ki, verilişim başlayır. Dedi ki, uyğunlaşdırarıq. Sağ olsun, mənə qardaşlıq, böyüklük edir. Türkiyədə statusu çox böyükdür. Orada başqa dostlarımız da var. Məsələn, Müşviq Quluzadə. O da çox böyük işlər görür, "Prens" serialı və sairə. Sağ olsun, o da yazıb ki, çox istəyirəm, layihələrimdə olasan. Mən də dedim canla-başla. "Çırak" serialında Azərbaycan musiqiləri çoxdur. Bunun birinci növbədə səbəbkarı Ozan Akbabadır. Çünki bizim mahnıları çox sevir. Demək olar, hər bölümündə Azərbaycan musiqisi var".

Ətraflı videoda:

Son xəbərlər