Dünyanın ən yaraşıqlı məhbusu modelliyə başlayıb (FOTO)
Stokton şəhər polisinin Facebook hesabında fotosunu paylaşdıqdan sonra məşhurlaşan Ceremi Miks modelliyə başlayıb.
BAKU.WS xəbər verir ki, 2014-cü ilin yay aylarında Ceremi Miks üç dostu ilə birlikdə silahlı qarət zamanı həbs olunub. Məhkəmə qərarı ilə onlar qanunsuz silah gəzdirdikləri və qarət törətdikləri üçün azadlıqdan məhrum ediliblər. Mart ayında isə Ceremi Miks azadlığa çıxıb.
Sosial şəbəkədə fotosu paylaşıldıqdan sonra Ceremi fenomenə çevrilib. İnsanlar onu dünyanın ən yaraşıqlı məhbusu adlandırırlar. Hazırda keçmiş məhbus ən çox tələbat olan modellərdən biri olub.
Qadınların ürəyini fəth edən yaraşıqlı məhbus bir neçə moda agentliyi ilə müqavilə də bağlayıb. Bundan başqa, ona bir çox film və seriallardan da baş rol təklifləri də gəlib.
Qeyd edək ki, 32 yaşlı Meeks evlidir, üç övladı var.
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən yaraşıqlı atı (FOTO)
Sosial şəbəkələrdə dünyanın ən yaraşıqlı atının fotoları yayılıb. BAKU.WS məlumat verir ki, ABŞ-ın Arkansas şəhərindəki Ozark dağlarında yaşayan Frederik adl...