Ceyson Stetem Antalyada istirahət edir
İngiltərəli məşhur aktyor Jason Statham Türkiyənin Antalya şəhərində istirahət edir.
BAKU.WS xəbər verir ki, aktyor bu barədə sosial media hesabında paylaşım edib. O, istirahəti zamanı çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb.
Məlumata görə, daha əvvəl çəkilişlərinin böyük hissəsi Antalyada aparılan "Sərvət Əməliyyatı" filmi üçün bölgədə uzun müddət qalan aktyor yenidən istirahət məqsədilə Serik rayonuna gəlib.
Qeyd olunur ki, Cason Statham bu dəfə Belek turizm mərkəzində yerləşən hotellərdən birində, o cümlədən mağara tipli hovuzda övladı ilə çəkdirdiyi fotoları paylaşıb.
Aktyorun paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş marağa səbəb olub və çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Oxşar xəbərlər
Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"
Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer illər sonra etirafı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, 2014–2022-ci illər arasında sənətçi ilə ailəli o...