Burak Denizlə sevgili olduğu iddia edilən "Uzak şehir" aktrisasından AÇIQLAMA
Türkiyəli məşhur aktyor Burak Deniz yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Bu dəfə onun aktrisa Yaren Güldiken ilə sevgili olduğu iddia olunur. İkilinin əl-ələ görüntülənməsi və birlikdə tətildə olması bu söz-söhbətləri gücləndirib.
BAKU.WS xəbər verir ki, Yaren Güldiken hazırda "Uzak Şehir" serialında "Pakize" obrazını canlandırır. Onların bir evdə qaldığı, eyni evdən fərqli saatlarda çıxdıqları, hətta Yarenin geyindiyi köynəyin Burak Denizə məxsus olduğu da iddia olunub.
Lakin bütün bu xəbərlərə aktrisa özü son qoyub. O, Türkiyənin "2. Sayfa" proqramına verdiyi açıqlamada bunları deyib:
"Bu, Burakla ikimizin tətildə olduğu bir səfər deyildi. Menecerimiz Gökçə də daxil olmaqla altı nəfərlik bir qrup idik. Biz yeni tanış olmamışıq, eyni menecerlik şirkətindəyik. Birlikdə işləmişik, sadəcə dostuq. Aramızda sevgi və münasibət yoxdur" – deyə Yaren Güldiken bildirib.
Beləliklə, o, yayılan sevgi iddialarını qəti şəkildə təkzib edib.
Oxşar xəbərlər
Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur
Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzmin...