Brüs Uillis danışma qabiliyyətini itirib – ailəsi onu ayrı evə köçürdü
Hollivud aktyoru Brüs Uillis sürətlə irəliləyən demensiya səbəbindən danışma qabiliyyətini itirib.
BAKU.WS xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, britaniyalı aktrisa Emma Heminq ABC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, xəstəlik nəticəsində aktyorun beyni zəifləyib, ailəsi isə Uillisi ayrıca evdə yerləşdirib. Orada ona həkimlərin nəzarəti altında 24 saat tibbi xidmət göstərilir.
Emma Heminq qeyd edib ki, Brüs Uillis hələ də hərəkətlidir, amma nitqi tədricən itir. Aktyorun ailəsi onunla fərqli formada ünsiyyət qurmağa öyrəşib.
Xatırladaq ki, 2023-cü ildə Brüs Uillis lobno-temporal demensiya diaqnozu qoyulmuşdu. Xəstəlik yaddaş və nitq funksiyalarının tədricən itməsi ilə müşayiət olunur.
Aktyor 130-dan çox filmdə rol alıb və "Kəskin Orijinal", "Krimnal Qiraət", "12 Meymun", "Beşinci Element" kimi ekran işləri ilə tanınıb.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir
Holivud ulduzu Cennifer Lopezin yeni sevgilisi var. BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, aktyor Benn Afflekdən ayrıldıqdan sonra uzun müddət tənha qal...