Britney Spirs ABŞ-ni tərk edib - SƏBƏB
Dünyaca məşhur pop ulduzu Britney Spirs 43-cü doğum günü videosunda Meksikaya köçmək qərarını açıqlayıb.
BAKU.WS cnntürk-ə istinadən xəbər verir ki, məşhur müğənninin bu açıqlamaları Hollivudda bəzi məşhurların Donald Trampın prezident seçilməsindən sonra ABŞ-dan köçmək qərarını gündəmə gətirdiyi bir dövrdə səsləndirilib. Ancaq Britney Spirsin köçmək səbəbi Trampla bağlı deyil.
Spirs sosial mediada paylaşdığı doğum günü videosunda ABŞ-dan Meksikaya köçmək qərarını belə izah edib:
"Paparassilərin üzümə ağ Ceson maskası taxmışam kimi göstərməsi mənim hisslərimə ciddi təsir edir. Onların göstərdiyi insan heç bir şəkildə mənə bənzəmir. Mənə qarşı hər zaman amansız olublar. Məni təsvir etmə tərzləri qəbuledilməzdir. Mükəmməl olmadığımı bilirəm, lakin bəzi şeylər həddindən artıq zalımcadır. Məhz bu səbəbdən Meksikaya köçdüm."
Qeyd edək ki, Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra bir sıra məşhur adlar xaricə köçməyi üstün tutmuşdu.
Oxşar xəbərlər
50 yaşlı Şarliz Teronun görünüşü müzakirələrə səbəb oldu
Hollivud ulduzu Şarliz Teron uzun müddətdən sonra görüntülənib. BAKU.WS xəbər verir ki, aktrisa Paris küçələrində kameralara tuş gəlib. 50 yaşlı Teron gözəlliy...