Böyük Britaniyalı müğənni Polad Bülbüloğlunun mahnısına yeni nəfəs verdi
Böyük Britaniyalı müğənni və DJ Fredrik Ferrier Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey Səhər" mahnısına yeni nəfəs verib.
BAKU.WS xəbər verir ki, sənətçi sevilən ifanı yeni versiyada remiks edərək səsləndirib.
Fredrik Ferrier mahnını sosial şəbəkədə paylaşaraq ingilis dilində "She's Like The Sun" adlı versiyasını hazırladığını bildirib.
Qeyd edək ki, musiqisi Polad Bülbüloğluna aid olan bu əsər, həm ifaçının özünün unudulmaz səsi ilə, həm də sözlərinin təsirli mənası ilə dinləyicilərin qəlbində taxt qurub.
İllər keçməsinə baxmayaraq, mahnı öz aktuallığını qoruyub saxlayır və müxtəlif dövrlərdə fərqli xarici musiqiçilər tərəfindən səsləndirilməyə davam edir.
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...