Bakıda yeni ərazilərdə pulsuz “Wi-Fi”

Bakıda yeni ərazilərdə pulsuz “Wi-Fi”
Şou-biznes 1065
 

Artıq Bakının "Qış parkı” və "Zabitlər parkı” ərazisində də "Wi-Fi”a ödənişsiz giriş təmin olunacaq.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov”, "Sabir” və "Xaqani” bağlarında ödənişsiz "Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi”ın paytaxtın "Hüseyn Cavid” və "Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər