Azərbaycanda uçan taksilər fəaliyyətə başlaya bilər

Şəxsi avtomobil sahiblərinin mobil tətbiqi vasitəsilə taksicilik etməsinə imkan təmin edən Uber uçan avtomobillərlə xidmət göstərəcək
BAKU.WS "Marja"ya istinadən xəbər verir ki, Uber "Aurora Flight Sciences" adlı şirkəti, "Elektriklə işləyən və şaquli qalxış-eniş edən hava nəqliyyat vasitəsi" (VTOL) texnologiyası inkişaf etdirmək üçün tərəfdaş seçib.
Sözügedən texnologiyanın ilk testinin, keçən həftə uğurlu şəkildə həyata keçirildiyi qeyd edilən açıqlamada, Uber-in 2020-ci ildən etibarən 50 ədəd uçan maşını təhvil alacağı bildirilib.
Açıqlamada fikirlərinə yer verilən Uber-in Mühəndislik direktoru Mark Moore, VTOL texnologiyasının dünya üzrə şəhəriçi nəqliyyatı inkişaf etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Uber taksiləri Bakıda da fəaliyyət göstərir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ən populyar şirkətin rəhbəri Trampdan ayrılır
Şəxsi maşın sahiblərinin mobil tədbiq sayəsində taksiçilik fəaliyyəti ilə məşğul olmasına imkan yaradan "Uber" adlı şirkətin qurucusu və idarə heyətinin rəhbəri...
