Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi

Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.
BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, yarışmada azərbaycanlı model Nuru Əhmədov qalib gəlib. O, saytımıza açıqlamasında çox sevincli olduğunu və məqsədinə çatdığı üçün qürur hissi keçirdiyini bildirib.
40 ölkənin qatıldığı müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.
Xatırladaq ki, Azərbaycana sonuncu dəfə bu qalibiyyəti 12 il əvvəl model Rüstəm Cəbrayılov gətirmişdi. O, 2007-ci ildə İstanbulda keçirilən “Best Model of The World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olmuşdu.


Oxşar xəbərlər
Dünyanın ən yaraşıqlı azərbaycanlısı: "Sevgilimə qovuşa bilmirəm"
Model, aktyor Rüstəm Cəbrayılov yeni işlərindən danışıb. BAKU.WS-ə özəl açıqlama verən R. Cəbrayılov bildirib ki, tamaşaçılar onu tezliklə yeni filmdə görəcəklə...