VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Dünya" televiziyasının efirində yayımlanan erotik səhnələrə münasibət bildirib.

BAKU.WS “report”a istinadla xəbər verir ki, qurumun bununla bağlı mövqeyi vətəndaş tərəfindən ünvanlanan sualın cavabında öz əksini tapıb. Sualda qeyd edilir ki, sentyabrın 16-da axşam saatlarında "Dünya" televiziyasında yayımlanan "Diribaş" filmində açıq seks səhnələri efirə verilib. 

MTRŞ-dan cavab olaraq bildirilib ki, efirdə yayımlanan erotik səhnə qanun pozuntusu sayılmır. “Dünya TV” kanalının efirində 16.09.2020-ci il tarixdə saat 23.00-da başlanan “Diribaş” bədii filmində erotik səhnələr (23.55-də) yer alıb. Lakin bu hal "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə (“16+” yaş kateqoriyasına aid informasiya məhsulları - erotik məzmunlu informasiyanın yayımı yerli vaxtla saat 7-dən saat 21-dək məhdudlaşdırılır) uyğun şəkildə yayımlandığından qanun pozuntusu hesab edilmir”.
 

BAKU.WS