SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) rejissor Nail Naiboğlunun "Youtube"da yayımlanan "Mən" layihəsində qonaq olub.

BAKU.WS xəbər verir ki, rəqqasə koronavirusa yoluxmasından və atasının bu virusdan dünyasını dəyişməsindən söhbət açıb, gözyaşları içərisində atasının koronavirusun qurbanı olduğunu bildirib:

"İndiyə kimi telefonuma zəng gələndə qorxuram. Klinikadan yığdılar mənə ki, atan dünyasını dəyişib. Kaş mənim yanımda olardı, evdə keçinərdi. Özümü koronavirus qurbanı hesab edirəm. Mart-apreldə çox qorunurdum. Virusa yoluxanda paylaşdım, hamı dedi ki, özünü reklam edir. İndi o hisslə yaşayıram ki, bir gün atamla qovuşacam. Heç bilmirəm necə qol qaldıracam, geyinəcəm, mahnı səsi eşidəcəm... Amma heç nə etmirəm, başıma hava gəlir. Qalmışam ortada, bilmirəm necə yaşayım.

Uşaqlar da mənə baxıb pis olur. Azərbaycandan köçmək istəyirəm, bilmirəm niyə... O evdə otura bilmirəm. Bir də kənardan düşməyimi görüb sevinənlər var. Uşaqlarım deyir ki, babanı burada qoyub necə köçək? Deyirəm, qayıdacağıq, gəlib-gedəcəyik.

Atamın dəfnində bacımla mən idim, heç kimi yaxına buraxmadıq. Anamı belə qoymadıq gəlsin. Atanı dəfn edib, xəstəxanaya getmək dəhşət idi. Atamı yanımda belə hiss edirdim, evimizdə idi. Evə psixoloq gəldi, 2 saat üstümdə əlləşdi. Dedilər, ruha əziyyət verirsən, qoy getsin. Onu qapıya qədər yola saldım və hiss edirdim ki, ruh getdi".

BAKU.WS