SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Emin Ağalarov yeni mahnısını təqdim edib.

BAKU.WS-in məlumatına görə, bu barədə müğənni, iş adamı özünün "İnstagram" səhifəsində məlumat verib. Yeni mahnı "Fatimə" adlanır. 

"Ola bilər ki, bu, mənim üçün çox gözlənilməz bir mahnı oldu. Amma hər zamankı kimi - ürəkdən və Maksim Fadeyev, hər şey sənin sayəndə. Dinləyin, yükləyin. Artıq bütün rəqəmsal dünyada. Şərhlərinizi gözləyirəm".

Artıq ifaçının yeni mahnı ilə bağlı paylaşımını 100 minə yaxın izləyicisi bəyənib. Onlardan bəziləri yeni mahnının kimə həsr edilməsi ilə bağlı suallar veriblər.

Xalq artistinin "Fatimə" ilə bağlı açıqlaması da özünü çox gözlətməyib. "Bu, şərti, Yaxın Şərqə məxsus addır və Eminə ilham verən ürəyindəki yeni şahzadənin sirli saxlanması üçün bir vasitədir".

BAKU.WS
VİDEO