Firuzə İbadovanın bahalı brilyant qolbağı oğurlandı, şübhələndiyi şəxs var - VİDEO

Əməkdar artist Firuzə İbadova toyların birində bahalı brilyant qolbağını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV-nin "5-də5" verilişində danışılıb.
Proqramın aparıcısı verilişin qonağı olan Firuzə xanıma belə bir sual ünvanlayıb:
"Firuzə xanım, brilyantlarınız çox olub. Bir dəfə toyda brilyantınız itdi. Tapa bilmədiniz onu?"
Xanım sənətçi qiyməti çox baha olan brilyant qolbağını ofisiantın götürdüyündən şübhələndiklərini bildirib:
"Hamı əl qatmışdı özünə. Sözün düzü, Cavanşir müəllim ofisianta dedi ki, aşı verəndə, qaranlıq olanda gətirin stolun altına atın. Kim götürüb atsın, o insan nə qədər pul istəsə, mən o pulu alıb verərəm, heç kim də bilməz. Amma gətirib atmadılar. Qolumdan açılıb düşmüşdü".
Oxşar xəbərlər
Ali məktəbdə dərs deyən müğənni və xanəndələr - SİYAHI
Yəqin ki, çoxunuz gündəlik efirlərdə gördüyünüz əməkdar və xalq artistlərinin pedaqoji fəaliyyətindən xəbərsizsiniz. BAKU.WS bu dəfə ali məktəblərdə dərs deyən...