055 213 76 73
Əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirəcək konsert verəcək.
BAKU.WS məlumat verir ki, bu haqda müğənni "Belə yaxşıdır" verilişində qonaq olarkən deyib. O bildirib ki, tıxacda olan maşınlara konsert verəcək:
"Tezliklə bu layihəni həyata keçirəcəyəm. Həmin konsertdə heç yerdə eşitmədiyiniz musiqiləri oxuyacağam".
Qeyd edək ki, müğənni illər əvvəl heyvanlara konsert verməyi ilə uzun müddət gündəmin müzakirə mövzusu olmuşdu.
BAKU.WS