VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahanın yaşadığı ev aparıcını şoka salıb.

BAKU.WS xəbər verir ki, Space TV-də yayımlanan "Olar-olmaz" proqramı ifaçının evində çəkiliş aparıb.

Uşaq otağının, yataq otağının, həm də qonaq otağının bir otaqda yerləşməsi aparıcıya inandırıcı gəlməyib. Elza xanım qazandığı pulları seçkilərə xərclədiyini, bu səbəbdən bu şəraitdə yaşadığını bildirib.

"Mən hələ 2015-ci ildə seçkilərə xərclədiyim pulları geri qaytara bilməmişəm. Hələ də borcum var. Allah şahidimdir ki, bu il də nə qədər pul xərclədim. Qərargah yaratdım. Bəli, evim də, maşınım da, qızıllarım da bankdadır. Borcum çoxdur. Bu evə də şükür. Ağlamamışam deyə heç kim bilməyib. Yanımda qızım, kürəkənim, nəvəm, bacılarım qalır. Əsas odur ki, canımız sağlamdır", - deyən Seyidcahan buna da şükr edib.

Aysel
BAKU.WS
VİDEO